Məşhur aktyor Dilip Kumar vəfat edib

16:11 - 7 İyul 2021

Hind kinoaktyor, rejissor və kinorejissor Dilip Kumar (əsl adı Mohammad Yusuf Xandır) xəstəxanada dünyasını dəyişib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İtifaqının mətbuat xidməti xəbər verir ki, bu haqda aktyorun tvitter hesabında məlumat verilib. 

98 yaşında vəfat edən Dilip Kumar uzun müddət xəstəlikdən əziyyət çəkib. Aktyorun yaxınları xəstəliyin detallarını açıqlamayıb və bunun onun yaşı ilə bağlı olduğunu deyiblər.Hindistanın Baş naziri Narendra Modi məşhur aktyorun ölümü ilə bağlı başsağlığı verib, onun vəfatını ölkənin mədəniyyət aləminin böyük itkisi adlandırıb.

Qeyd edək ki, Dilip Kumar 1944-cü ildən bu yana 60-dan çox filmdə rol alıb. Bollivud ulduzunu sonuncu dəfə 1998-ci ildə ekranlarda görmək mümkün olub.