Şahmar Ələkbərovun şəxsi arxiv fondu yaradılıb

13:53 - 10 Sentyabr 2021

Azərbaycan Dövlət Film Fondunda tanınmış aktyor və rejissor, Azərbaycanın Xalq artisti Şahmar Ələkbərovun şəxsi arxiv fondu yaradılıb.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, şəxsi arxiv fonduna Şahmar Ələkbərovun həyat və yaradıcılığını əks etdirən 200-dən artıq nadir fotoşəkil, həmçinin qəzet məqalələri, plakatlar, jurnallar, rejissor ssenariləri və başqa arxiv materialları daxildir.

Arxivin böyük hissəsi Şahmar Ələkbərovun ailəsi tərəfindən təhvil verilib.