Əməkdar artistin atası VƏFAT ETDİ

11:11 - 19 Oktyabr 2021

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, əməkdar artist Hüsniyyə Mürvətovaya ağır itki üz verib.


İttifaqın mətbuat xidməti xəbər verir ki, bu barədə aktrisanın özü yerli KİV-ə açıqlamasında bildirib. O atasının bu gecə dünyasını dəyişdiyini qeyd edib.


Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti və üzvləri dəyərli aktrisamızın atasının vəfatından kədərləndiyini bildirir, Hüsniyyə xanıma və onların bütün ailəsinə dərin hüznlə baş sağlığı verir.
Allah rəhmət eləsin!