“Rasim Ocaqov” fəxri təqaüdünün veriləcəyi növbəti tələbənin adı bəlli olub - FOTO

11:32 - 5 Oktyabr 2022

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi “Rasim Ocaqov” fəxri təqaüdünün veriləcəyi növbəti tələbənin adı bəlli olub.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət Mükafatları larueatı, kinorejissor  Rasim Ocaqovun adına təsis etdiyi xüsusi təqaüdü yeni tədris ili üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və Televiziya Fakultəsinin Kino rejissorluğu ixtisası üzrə təhsil alan tələbəyə verib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, görkəmli kinorejissorun adına olan təqaüdə İttifaqın İdarə Heyətinin qərarı ilə təhsildə və ictimai işlərdə fərqlənən, müxtəlif tədbirlərdə mükafatlar qazanan, maddi-sosial vəziyyəti nəzərə alınaraq təhsilinə dəstək məqsədi ilə 4-cü kurs tələbəsi İsmayılzadə Güllü Hüseyn qızı layiq görülüb. O bu ilki tədris prosesi boyunca hər ay mükafatı alacaq.