"Qarabağ Vətən müharibəsi" çoxseriyalı filminin çəkilişi ilə bağlı hazırlıq işlərinə başlanılıb

13:23 - 19 Oktyabr 2022

Türkiyənin “Bozdağ Film" şirkəti tərəfindən Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə "Qarabağ Vətən müharibəsi" adlı çoxseriyalı bədii televiziya filminin istehsalı ilə bağlı hazırlıq işlərinə başlanılıb.

 

Arki.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin 2022-ci ilin birinci yarısında fəaliyyətinə dair hesabatda qeyd olunub.

 

Qeyd edək ki, “Bozdağ Film" şirkəti "Kuruluş Osman", "Diriliş Ertuğrul", "Aşkın yolculuğu. Yunus Emre", "Mendirman Celaleddin", "Destan" kimi uğurlu serial layihələrinə imza atıb.