Nizami Kino mərkəzində Heydər Əliyevin 100 illik yubiley tədbiri keçiriləcək

17:04 - 1 May 2023

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı bildirir ki, 03 may 2023 – cü il tarixində, saat 12:00 –da Nizami Kino Mərkəzində xalqımızın Ulu Öndəri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçiriləcək. Tədbirdə tanınmış kinorejissor Vaqif Mustafayevin çəkdiyi “Ata yolu” filmi də nümayiş etdiriləcək.

Tədbirə giriş sərbəstdir.